
İraqda İranın dəstəklədiyi silahlılar Trampın qəzəbindən yayınmaq üçün tərksilah olmağa hazırlaşırlar".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İraqın 10 yüksəkrütbəli komandiri "Reuters"ə xəbər verib.
Bildirilib ki, İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qruplar ilk dəfə olaraq Tramp Administrasiyası ilə münaqişənin şiddətlənməsi riskindən qaçmaq üçün silahlarını yerə qoymağa hazır olduqlarını bəyan ediblər.
Mənbə bu addımın Trampın yanvar ayında vəzifəyə başlamasından bəri ABŞ rəsmilərinin İraq hökumətinə təkrar xəbərdarlıqlarından sonra atıldığını bildirib.
Vurğulanıb ki, ABŞ rəsmiləri ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaların məhv edilməsi üçün tədbir görülməsə, Vaşinqtonun onları hava hücumları ilə hədəfə alacağı barədə Bağdada xəbərdarlıq ediblər.