"Rossotrudniçestvo"nun Gürcüstandakı ermənisayağı fəaliyyəti

Sadə xəbər
DÜNYA 30.01.2025 3130

"Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov bu yaxınlarda "Baku TV" jurnalistlərinin onun təşkilatını mahiyyətcə "separatçıların yuvası" kimi qələmə verməsindən qəzəblənib və jurnalistləri məhkəmə ilə hədələyib. Lakin "Rossotrudniçestvo"nun ardıcıl olaraq separatizmi və sərhədlərin yenidən cızılmasını dəstəkləməsi, heç də jurnalistlərin uydurması deyil.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, "Rossotrudniçestvo" kimi təşkilatların fəaliyyəti nəticəsində Rusiya Federasiyasının postsovet məkanındakı təsirini saxlamaqla bağlı bütün strateji planları uğursuz olub. Məsələn, Ukraynanın cənub-şərqində müharibə artıq 11 ildir ki, davam edir. Ancaq cəmi 20 il əvvəl bu ərazilər qeyd-şərtsiz Rusiyanın mədəni təsiri altında idi və oradakı əhali "Rossotrudniçestvo"nun heç bir "mədəni tədbiri" olmadan əsasən rus dilində danışırdı.

Gürcüstan ərazisində də "Rossotrudniçestvo" nəinki gürcü əhalisinə qarşı etnik təmizləmə aparan Abxaziya və Sxinvali bölgəsindəki separatçı rejimləri dəstəkləyir, həm də Gürcüstanın özündə "zamanın sınağından çıxmış" xidmətçilərinə, eləcə də öz təxribatları ilə Gürcüstanın Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərinə xələl gətirmək üçün hər şeyi edən erməni lobbisinə arxalanır.

Daha ətraflı "Caliber"in süjetində:

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top