Sadə xəbər
"Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə keçə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
"ABŞ-nin Panama ilə bağlı göstərdiyi fövqəladə səxavət nəzərə alınarsa, Panamanın kanaldan istifadə üçün aldığı rüsum sadəcə gülüncdür", - siyasətçi vurğulayıb.
Onun fikrincə, ABŞ bu "soyğunu" dərhal dayandırmalıdır.
Tramp əlavə edib ki, Panama kanalı ABŞ iqtisadiyyatında və milli təhlükəsizliyində mühüm rol oynayır.