Sadə xəbər
Rusiyada işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov Heydər Əliyevin xatirəsini anıb.
Saat24.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Əli Əsədov Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Əli Əsədovun Rusiyaya işgüzar səfəri dekabrın 11-də başlayıb.
Səfər Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə baş tutub. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.