Sadə xəbər
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Ucar rayonunun Lək kəndində seçicilərini qəbul edib. Qəbulda Prezident İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən suveren ölkəmizin bütün ərazilərində gedən böyük quruculuq işlərindən, insan amilinə söykənən sosial layihələrdən geniş bəhs edilib.
Sonra seçicilərin istək və təklifləri, onları narahat edən həllivacib məsələlər dinlənilib. Görüşdə qaldırılan məsələlərdən bir qismi - kəndin elektrik naqillərinin və dirəklərin dəyişdirilməsi, içməli və təsərrüfat xarakterli su təminatının yaxşılaşdırılması, kəndarası yolların cari təmiri və s. məsələlərlə bağlı yerli icra orqanları ilə əlaqə saxlanılıb. Qəbulda qaldırılan digər məsələlərlə bağlı mərkəzi təşkilatlara müraciət ediləcəyi bildirilib.
Qəbul iştirakçıları böyük diqqət və qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.