Çin və Rusiya dünyaya meydan oxudu: Döyüş təyyarələri havalandı

Manşet
DÜNYA 30.11.2024 2819

Çin və Rusiya döyüş təyyarələrinin Yapon dənizi (Şərq dənizi) üzərində strateji hava patrulu uçuşları həyata keçirdiyi bildirilib.

"Saat24.az" xəbər verir ki, buna görə də Cənubi Koreya döyüş təyyarələrini çıxarıb.

Çin Müdafiə Nazirliyindən verilən açıqlamada fəaliyyətin iki ölkə ordusunun illik əməkdaşlıq planı çərçivəsində həyata keçirildiyi qeyd edilib.

Açıqlamada 9-cu dəfə təşkil edilən hava patrulunun iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə təlim və əməliyyat imkanlarını sınaqdan keçirmək və təkmilləşdirmək məqsədi daşıdığı bildirilib.

Çin Xalq Azadlıq Ordusu tərəfindən milli mediaya təqdim edilən fotoşəkillərdə bir Çinin “J-16” döyüş təyyarəsi və iki “H-6N” bombardmançısının patrul uçuşu zamanı Rusiyaya məxsus “Tu-95” bombardmançı təyyarəsini müşayiət etdiyi görülüb.

“Strateji hava patrulları” kimi xarakterizə edilən uçuşların heç bir ölkənin hava məkanını pozmadığı qeyd olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top