Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi DAYANDIRILDI

Sadə xəbər
DÜNYA 09.08.2024 2189

Ukrayna Silahlı Qüvvələrinin (AFU) 2022-ci ildən mübadilələrin aparıldığı Kolotilovka keçid məntəqəsinə hücumu ilə əlaqədar Moskva və Kiyev arasında əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsi qeyri-müəyyən müddətə dayandırılacaq.

"Saat24.az" xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin hücumu avqustun 8-i günorta saatlarında baş verib. Ukrayna hərbçiləri T-90M tankından ilkin olaraq bir neçə mərmi atıblar. Zərbələr həmçinin kamikadze pilotsuz uçan aparatlar vasitəsilə həyata keçirilib.  

Kolotilovka məntəqəsi xüsusi hərbi əməliyyat (SVO) zonasında Rusiya Federasiyası və Ukrayna Silahlı Qüvvələrinin toqquşmalar zamanı əsir düşən döyüşçülərini dəyişdirə biləcəyi yeganə yer idi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top