Gəncədə dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb

Sadə xəbər
HADİSƏ 03.08.2024 2973

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  "Saat24.az"a  verilən məlumata görə, tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top