Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Sadə xəbər
idman 07.05.2024 3535

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

"Saat24.az" xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top