İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

DÜNYA 26.04.2024 3134

İsrail hərbi qüvvələri gecə saatlarında şiə "Hizbullah" təşkilatının Livandakı silahlı qanadının hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.

"Saat24.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, gecə saatlarında Livan tərəfdən İsrailin şimalındakı Har Dov dağı istiqamətində tank əleyhinə raketlərin iki buraxılışı qeydə alınıb. Buna cavab olaraq İD tankları və artilleriyası hücumların mənbələrinə atəş açıb.

Bundan əlavə, İsrail hərbçiləri Livanın cənubundakı Şabaa yüksəkliklərində atış meydançasına hücum edib.

XƏBƏR LENTİ
04.05.2024 3037

DİGƏR XƏBƏRLƏR

Loading
Top