ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

DÜNYA 20.04.2024 3543

ABŞ Dövlət katibinin müavini Kurt Kempbell Nigerin Baş naziri Əli Lamine Zeyn ilə görüşüb. Görüşdə Nigerin tələbinə əsasən, Amerika qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılıq əldə olunub.

"Saat24.az" CNN telekanalına istinadla xəbər verir ki, dövlət departamentinin rəsmisi yaxın günlərdə Müdafiə Nazirliyi ilə geri çəkilmə vaxtına dair danışıqlar aparılacağını bildirib.

Zeyn Vaşinqtonla tərəfdaşlığının davamlı olması üçün çalışacağını qeyd edib. ABŞ nümayəndəsi də ölkəsinin Nigerdə diplomatik mövcudluğu davam etdirəcəyini söyləyib.

XƏBƏR LENTİ
18.05.2024 3224

DİGƏR XƏBƏRLƏR

Loading
Top