Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

idman 17.04.2024 1753
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

"Saat24.az"ın məlumatına görə, gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.

"Etihad” stadionunda baş tutacaq matçda "Mançetser Siti” İspaniya nəhəngi "Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.

"Bavariya” – "Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə "Alyans Arena”da aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

Çempionlar Liqası
1/4 final
Cavab oyunları

17 aprel
23.00 Mançester Siti (İngiltərə) - Real (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, "Etihad” stadionu.
İlk oyun - 3:3.

23.00 Bavariya (Almaniya) - Arsenal (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, "Alyans Arena".
İlk oyun - 2:2.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top