Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

idman 29.03.2024 2685
Bu gün Azərbaycan Premyer Liqasında IV - sonuncu dövrəyə start veriləcək.

"Saat24.az"ın məlumatına görə, bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.

Premyer Liqanın lideri "Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna "Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.

Günün digər matçında "Neftçi” autsayder "Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. "Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart

16.30 Qəbələ - Neftçi
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

19.00 Kəpəz - Qarabağ
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu


 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top