Rafael Nadal ABŞ-dəki turnirdə iştirak etməyəcək

idman 07.03.2024 1193

İspaniyalı tennisçi Rafael Nadal ABŞ-də keçiriləcək İndian-Uells turnirində iştirak etməyəcək.

"Saat24.az" xəbər verir ki, bu barədə 37 yaşlı idmançı özü məlumat verib.

Təcrübəli tennisçi həftəsonu fiziki testlərdən keçsə də, hələlik bu mühüm yarışda yüksək səviyyədə çıxış etməyə hazır olmadığını bildirib: "Bu, asan qərar deyil. Amma özümə və minlərlə azarkeşə yalan danışa bilmərəm".

Qeyd edək ki, Rafael Nadal ilin əvvəlində Avstraliya Açıq çempionatını zədə səbəbindən buraxmışdı. O, İndian-Uells turnirinin ilk turunda kanadalı Miloş Raoniçlə üz-üzə gəlməli idi.

XƏBƏR LENTİ
20.04.2024 2025

DİGƏR XƏBƏRLƏR

Loading
Top