Azərbaycanda pilotların hüquq və vəzifələri müəyyənləşir

Manşet
CƏMİYYƏT 18.10.2023 2459

Hava gəmisinin kapitanının (komanda verən pilotun) hüquq və vəzifələri müəyyənləşir.

"Saat24.az" xəbər verir ki, bu barədə yeni hazırlanan “Aviasiya haqqında” qanunda əks olunub.

Belə ki, hava gəmisinin idarə edilməsinə və uçuş vaxtı təhlükəsizliyinə görə məsuliyyəti hava gəmisinin kapitanı (komanda verən pilot) daşıyır.

-Kapitan (komanda verən pilot) və ikinci pilot hava gəmisinin sahibi  və ya onun razılığı ilə istismarçı tərəfindən təyin edilir.
-Hava gəmisi uçuşda olmayan zaman kapitan (komanda verən pilot) və ikinci pilot hava gəmisində olmadıqda, kapitan (komanda verən pilot) qismində yüksək ixtisaslı pilot çıxış edir. Pilotlar təyyarədə olmadıqda, hava gəmisinin heyəti arasında ən yüksək vəzifəli şəxs hava gəmisinin kapitanı qismində çıxış edir. 

Kapitanın (komanda verən pilotun) vəzifələri aşağıdakılardır:

-uçuşdan əvvəl hava gəmisinin uçuşa yararlı və hazır olmasına, müvafiq heyətlə komplektləşdirilməsinə, yüklənməsinə əmin olmaq;
-uçuşu yerinə yetirmək, uçuş zamanı hava gəmisinin uçuşa yararlılığına nəzarət etmək, o cümlədən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  müəyyən etdiyi qaydada hava hərəkətini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), hava gəmisinin sahibinə və ya istismarçısına məlumat vermək; 

-aviasiya hadisəsi və ya insidenti barədə dərhal müvafiq istirmaçıya və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;  

-hava gəmisinin bortunda olan sərnişinlərin, baqajın və yükün təhlükəsizliyini təmin etmək;

-uçuşların təhlükəsizliyinə dair sənədlərin hava gəmisinin bortunda olmasını və həmin sənədlərdə qeydlərin aparıldığını yoxlamaq;

-hava gəmisi uçuş əməliyyatlarının həyata keçirilməsi üçün qadağan olunmuş zonaya daxil olduqda dərhal oranı tərk etmək;

-hava gəmisi qəzaya uğradıqda, təhlükəyə məruz qaldıqda, habelə idarə olunması mümkün olmadıqda tədbirlər etmək.

Kapitanın (komanda verən pilotun) hüquqları aşağıdakılardır:

-hava gəmisinin bortunda olan şəxslərə göstərişlər vermək və onların yerinə yetirilməsini tələb etmək;

-öz hərəkətləri ilə uçuş və aviasiya təhlükəsizliyi üçün bilavasitə təhdid yaradan və hava gəmisi kapitanının göstərişinə tabe olmaqdan imtina edən şəxslər barəsində məcburetmə tədbirləri, yükü (baqajı) hava gəmisinin bortuna götürməkdən imtina etmək, habelə hava gəmisini tərk etməyi, və yükün (baqajın) boşaldılmasını tələb etmək.

-Uçuşdan əvvəl kabinə heyətinin hər bir üzvünün uçuş əməliyyatının həyata keçirilməsində rolu və vəzifələri müəyyən edilir. Kapitan (komanda verən pilot) uçuş əməliyyatının həyata keçirilməsi, hava gəmisinin, heyət üzvlərinin, sərnişinlərin və hava gəmisində olan yükün təhlükəsizliyi üçün məsuliyyət daşıyır.

-Hava gəmisinin bütün heyət üzvləri və sərnişinlər bu Qanunun 28.3-cü maddəsində qeyd edilən hallar istisna olmaqla, kapitanın (komanda verən pilotun) bu Qanunun 28-ci maddəsində müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı  əmrlərini icra etməyə, onun səlahiyyətlərinin həyata keçirilməsində ona kömək göstərməyə borcludurlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top