"Dövlət qurumlarında daha çox neqativ hallara rast gəlirik" - Vahid Əhmədov

Sadə xəbər
CƏMİYYƏT 13.10.2023 2185

"Elə dövrdür ki, bütün mühasibat uçotu elektron sistemə keçməlidir. Mühasibat uçotu ilə əlaqədar daha çox şəffaflığı təmin etmək istəyiriksə, ilk növbədə dövlət qurumlarında bunu həyata keçirməliyik. Dövlət qurumları böyük dövriyyəyə malik təşkilatlardır. Orada mühasibat uçotunun elektron qaydada təmin edilməsi vacibdir".

"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

"Açıq deyək ki, dövlət qurumlarında daha çox neqativ hallara rast gəlirik, nəyinki iri sahibkarlarda. Bu vacib məsələdir. Mərkəzi Bankı elektron uçotdan kənarlaşdırırıq. Bunun səbəbi nədir? Əgər bütün bankları elektron uçota aid ediriksə, niyə Mərkəzi Bank olmasın? Hesabatlar banklar tərəfindən Mərkəzi Banka verilir. Mərkəzi Bankda elektron hesabat olmayacaqsa, bunun səbəbi nədir? Banklar özəl və dövlət də olsa, bunlara nəzarəti Mərkəzi Bank həyata keçirir", - deyə deputat qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top