Cüdoçularımız Qazaxıstanda 4 medal qazandı

Sadə xəbər
idman 09.10.2023 1952

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Azərbaycan Cüdo Federasiyasından "Saat24.az"a verilən məlumata görə, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub. Turnirinin ilk günündə cüdoçularımız 1 gümüş medal, yarışın ikinci günündə isə 3 medal qazanıblar.

-81 kq. çəkidə İmamverdi Məhərrəmov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məmmədrza Hacızadə 7-ci yerdə qərarlaşıb.

-100 kq. çəkidə Ruslan Nəsirli bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

+100 kq. çəki dərəcəsində İmran Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Camal Feyziyevi məğlub edib. Nəticədə Camal Feyziyev yarışı 5-ci yerdə tamamlayıb.

XƏBƏR LENTİ
24.07.2024 2065

DİGƏR XƏBƏRLƏR

Loading
Top