Sağlam ürəyin 5 DOSTU

Sadə xəbər
CƏMİYYƏT 06.10.2023 1328

İnsan orqanizminin lokomotivi olan ürəyin saat kimi işləməsi ümumi sağlamlıq üçün son dərəcə vacibdir. Ancaq təəssüf ki, ürək-damar xəstəliklərindən ölüm halları hələ də ölkəmizdə və dünyada birinci yerdədir. 

"Saat24.az" xəbər verir ki, Avropda aparılan araşdırmalara görə, 2030-cu ildə ürək-damar xəstəliklərindən 22 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır.

Ürək sağlamlığınızı qorumaq istəyirsinizsə bu beş əmələ riayət edin:

1. Siqaret çəkməyin

Tütün məmulatları ürəyin bir nömrəli düşmənidir.  

2. Sağlam qidalanın, çəkinizə nəzarət edin

Əgər artıq çəki varsa, ideal çəkiyə çatın, yağlı və yüksək kalorili qidalardan uzaq durun, daha çox meyvə və tərəvəz yeyin.

3. Hərəkətsiz qalmayın

Həftənin ən azı 5 günü gündə yarım saat gəzməyi vərdiş edin.

4. Şəkərinizi ölçün

İdeal həddə olduğundan əmin olmaq üçün qan şəkərinizi ölçün.Şəkər xəstəsiysinizsə, müalicəyə və həkiminizin tövsiyələrinə əməl edin.

5. Qan təzyiqinizi bilin

Əgər qan təzyiqiniz varsa, həkiminizin müalicə planına əməl edin.

Bu sadə, lakin həyat qurtaran tövsiyələrə əməl etməklə siz ürək sağlamlığınızı qoruya və ürək-damar xəstəlikləri riskini minimuma endirə bilərsiniz. Bütün bunlarla yanaşı, son dövrdə dünyanı təsirləndirən COVID-19-a yoluxanlar virusun yeni variasiyalarından qorunmaq üçün ürək müayinəsindən keçməli və gigiyena qaydalarına əməl etməlidirlər. Bundan əlavə, məlum risk faktorları ilə yanaşı, hava çirkliliyinin ürək xəstəliklərinə təsiri də diqqətdə saxlanılmalı və ətraf mühitə hörmətlə yanaşan bir həyat tərzi üçün səy göstərilməlidir.

XƏBƏR LENTİ
24.07.2024 2056

DİGƏR XƏBƏRLƏR

Loading
Top