Dünyanın ən hündür iti öldü

Sadə xəbər
CƏMİYYƏT 14.09.2023 1809

Dünyanın ən hündür iti Zevs üç yaşında ölüb.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Zevs 2022-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Onun hündürlüyü 2,10 m, çəkisi - 91 kq olub.  

Məlumata görə, Zevsə bu yaxınlarda xərçəng diaqnozu qoyulub. Onun sahibi, əslən Texasdan olan Brittany Davis, itinin müalicəsi üçün pul toplamaq üçün onlayn pul yığımı başladıb. O, sosial şəbəkələrdə 11 min avroya yaxın pul toplayıb. Bütün məbləğ Zevsə qulluq etmək üçün xərclənib. 

Heyvanın ayağı şişə görə amputasiya edilməli olub. Əməliyyat yaxşı keçib, lakin gecə Zevsin səhhəti qəfil pisləşib və o ölüb. 

XƏBƏR LENTİ
07.10.2024 2019

DİGƏR XƏBƏRLƏR

Loading
Top