![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/8/29/1/06209d4a-eaa5-4ca8-bfbd-35648ae2e50b/1693294121_187572_w7obmxekq8.jpg)
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 4-cü turunun "Əl-Vahda" ilə matçında zədələnib.
"Saat24.az" xəbər verir ki, Məkkədəki Kral Əbdüləziz stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kərim Benzema 42-ci dəqiqədə zədələnərək əvəzlənib.
Qeyd edək ki, Benzema yay transfer pəncərəsində "Əl İttihad"a keçib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Fransalı hücumçu bu mövsüm 3 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.