Penitensiar xidmətin yeni rəisi KİMDİR?

CƏMİYYƏT 10.07.2023 1779

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə yeni rəis təyin edib.

"Saat24.az"ın əldə etdiyi məlumata görə, dövlət başçısının sərəncamına əsasən, bu vəzifəyə ədliyyə polkovniki Mirsaleh Miradil oğlu Seyidov təyinat alıb.

O, bu təyinatadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi olub.

Onu da qeyd edək ki, Mirsaleh Seyidov həmçinin ədliyyə nazirinin müavini vəzifəsini də tutacaq.

XƏBƏR LENTİ
02.10.2023 1795

DİGƏR XƏBƏRLƏR

Loading
Top