Pedofiliyaya etiraz - "SİRR" filmi təqdim edildi // VİDEO+FOTO

Sadə xəbər
Mədəniyyət 29.05.2023 4048

Azərbaycanda onsuz da zəif olan film sənayesinin indiki vəziyyətində cəmiyyətin mentalitetini və problemlərini ifadə edən tərbiyəvi əhəmiyyətli filmlər olduqca azdır. Belə boşluğu doldurmağa xidmət edən rejissorlardan biri olan Aqil Nağıyevin çəkdiyi “Sirr” filmi 27 may 2023-cü il tarixində Nizami kino mərkəzində təqdim edildi.

Dogruxeber.az” olaraq, filmin premyerasında qonaq qismində iştirak etdiyimiz üçün bizi dəvət edən Aqil Nağıyevə də təşəkkürümüzü bildiririk.
Baş rolda tanınmış istedadlı aktyor Rüfət Nəzərin oynadığı dram janrında olan 93 dəqiqəlik filmin qəhrəmanı “Tərəkəmə” ləqəbli Azad xarakterik Azərbaycan kişisinin kimliyini detallı şəkildə ifadə edib. Azadın xanımı obrazını isə gənc aktrisa Sima Şabanova canlandırıb.

Filmin mahiyyətini qısa şəkildə ifadə edək:

Azad yetim böyümüş bir adamdır. Ata-anasını uşaq yaşlarında itirib. Buna baxmayaraq ailənin necə olduğunu yaxşı bilir və öz ailəsini də belə intizamlı şəkildə idarə edir. Ancaq mühafizə xidmətinin rəisi işlədiyi məktəbdə azyaşlı oğlana təcavüz edən məktəb direktorunu döydüyünə və şikəst etdiyini görə beş il azadlıdan məhrum edilərək məhbusluq yaşayır. Azadlığa çıxdıqdan sonra keçmiş dustaq olduğu üçün iş tapması çətinləşir. Ailədə yaranan söz-söhbətlər də getdikcə şiddətini artırır. Çətinliklərin qarşısında şiddətlənən tələbat basqılarından daha da gərginləşən vəziyyət Azadı daha da sıxır. Xanımı Arzunun xahişi ilə Arzunun atasının yanına iş üçün gedən Azadın qayınatasından eşitdiyi alçaldıcı sözlərin qarşılığında kişini döyür. Azad evinə dönərkən yolda keçmiş əsgər yoldaşı ilə qarşılaşır. Ona vəziyyəti danışır. Həmin dostu Vüqar da axşam digər əsgər yoldaşları olan “Qoca” ilə birlikdə işlədiyini deyir, Azadı da axşam evə dəvət edir. Dostları ilə görüşəndə Azad dostlarının evində bir təsadüfdən azyaşlı qızı görür. Bu qızın dostlarından hansının qızı olduğunu soruşduqda isə mənzərənin fərqli olduğunu görür. Beş il öncə məktəbdə işlədiyi vaxt azyaşlı oğlanın ondan istədiyi kimi qızın da “kömək edin” deməsi Azadı yenidən eyni hərəkətləri etməyə məcbur edir. Çünki Azadın özünün də azyaşlı qızı var və ailənin nə olduğunu da adıkeçən dostlarından fərqli olaraq bilir.
 


Film 1 iyun Beynəlxalq Uşaq günü kinoteatrlarda Nizami Kino mərkəzində kinosevərlərin izləməsinə təqdim ediləcək. Azərbaycan mentalitetinə, eləcə də dünya xalqlarının qəbul etmədiyi bir davranış olan azyaşlılara təcavüz – pedofiliyaya Azərbaycan xalqının etirazını ifadə edən “Sirr” filmi uğurlu ekran işlərindən sayılır.

Filmin heyəti;
Quruluşçu rejissor: Aqil Nağıyev
Baş prodüser: Ruslan Məmmədov
Quruluşçu operator: Nicat Əhmədov



Aktyorlar:

Rüfət Nəzər
Sima Şabanova
Vaqif Kərimov
Faiq Zeynallı
Elşən Məmmədov
Seymur Tağıyev
Aydan Salahova
Zəhra Sultanzadə.


Filmin sonunda izləyicilərin qarşısına çıxan yaradıcı heyətdən Rüfət Nəzər filmin simvolik sayılacaq bir büdcə ilə çəkildiyini dedi. Bunu nəzərə alaraq, bu uğurlu ekran işinə görə başda rejissor Aqil Nağıyev olmaqla bütün yaradıcı heyəti təbrik edirik.

Asiman Əsədsoy










 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top