Azərbaycana qarşı çıxışlar edən rus jurnalistə sanksiya tətbiq edildi

Sadə xəbər
CƏMİYYƏT 26.05.2023 2892

Yaponiya hökuməti rusiyalı jurnalist Olqa Skabeyevaya qarşı şəxsi sanksiyalar tətbiq edib. 

"Saat24.az" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) yeni sanksiyalar paketini açıqlayarkən məlum olub. 

Məlumata görə, yeni ümumi siyahıya 24 fiziki şəxs və 78 təşkilat daxildir. Bundan əlavə, Rusiya rəsmilərinə və hərbi komandanlığına qarşı sanksiyalar da tətbiq edilib. 

Qeyd edək ki, Skabeyeva həyat yoldaşı Yevgeni Popov ilə birlikdə Rossiya-1” telekanalında "60 dəqiqə" tok-şousunun aparıcısıdır. O, Azərbaycana qarşı ermənipərəst çıxışları ilə tanınırdı. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top