Yunanıstan məhkəməsi 11 il sonra Eldar Mansurovun şikayəti ilə bağlı qərar verdi

Mədəniyyət 25.05.2023 2588

Yunanıstanda "Esena Mono" mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 il davam etmiş məhkəmə işi yekunlaşıb.

"Saat24.az" xəbər verir ki, Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə "Esena Mono" vasitəsilə Xalq artisti Eldar Mansurovun "Bayatılar" mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyıb.

Bəstəkar Eldar Mansurov "Bayatılar"ı 1988-ci ildə bəstələyib, həmin musiqi əsəri üzərində bütün şəxsi və iqtisadi müəlliflik hüquqlarına malik yeganə şəxsdir.

Sözügedən mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşovanın ifasında audiovisual formatda lentə alınıb. 

2008-ci ildə Eldar Mansurov bəstəsinin oğurlandığı və "Esena Mono" adı ilə təqdim olunduğunu öyrənib. Müəllif hüquqları pozulan Mansurov "Esena Mono"nun müəllifi kimi qeyd edilən yunan bəstəkar Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən "Sony Music Entertainment Hellas AE" şirkətini məhkəməyə verib. O, mahnının yayılmasının dayandırılmasını tələb edib.  2011-ci ildə Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə cavabdehlər Dimitris Kontopulos və “Sony Music Entertainment Hellas AE” şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət edib. Həmin iddia ilə bağlı iş 11 il davam edib. Bu müddət ərzində işə Yunanıstanın hər 3 məhkəmə instansiyasında baxılıb. Yunanıstan Ali Məhkəməsi cənab Kontopulosun bundan sonra “Esena Mono” adlı musiqi əsərinin və ya “Bayatılar”ın musiqisinin hər hansı bir hissəsindən, yaxud onun dəyişdirilməsindən ibarət hər hansı digər əsərin bəstəkarı kimi çıxış etməyi qadağan edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top