Emili kikboksun K-1 növü üzrə dünya və Avropa çempionudur-Elnur Allahverdiyev

Sadə xəbər
CƏMİYYƏT 23.05.2023 1681

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Elnur Allahverdiyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Dünən vətəndaşlarımızla görüşümüz zamanı rayonumuzun sakini, idmanımızın gələcək simalarından biri olacaq Emili Rzayeva və atası Emil Rzayevlə tanış oldum. Emili xanımın 16 yaşı var və o, artıq 4 idman növü üzrə idman ustasıdır. Bu gənc övladımız uşaq yaşlarından dünyanın dörd bir yanında müxtəlif turnirlərdə üçrəngli bayrağımızı yüksəklərə qaldırır. Emili kikboksun K-1 növü üzrə dünya və Avropa çempionudur. Onun cəmi 16 yaşı olmasına baxmayaraq, qadınlar arasında boks üzrə Avropa çempionumuzdur. Diqqət edin: gənc qızımızın çantalarla medalı var və o, indiyədək iştirak etdiyi, qalibi olduğu turnirlərdən heç birində üzünə, üz cizgilərinə xələl yetirəcək zərbə almayıb. Buna imkan verməyib. Atası deyir ki, buna nail olmaq üçün onların xüsusi hazırlıq sistemi var, günlərlə, aylarla bunun üzərində işləyirlər.
Emili hazırda Polşada keçiriləcək Avropa Oyunlarına hazırlaşır və mənim qəti şübhəm yoxdur ki, oradan da alnıaçıq mükafatlarla vətənə dönəcək. 
Emilinin uğurlarının memarı atası - polis polkovnik-leytenantı Emil Rzayevdir. Emil müəllim özü də idmançıdır və qızını kiçik yaşlarından bu ruhda tərbiyyə edib və tam əsasla demək olar ki, Azərbaycan idmanına qazandırıb. İdmandakı uğurlarından başqa Emili həm də təvəzökar və yüksək tərbiyə, mədəniyyət sahibi olan balamızdır. Atası onun uğurlarını sadaladıqca adamda iradə, intizam və ailə tərbiyəsi ilə insanın gənc yaşlarından hansı uğurlara nail ola biləcəyinin əyani təsəvvürü yaranır. Emili bizim gənclərimiz üçün nümunədir və mən dünənki görüş zamanı düşündüm ki, mütləq dairəmizin məktəbliləri, gəncləri ilə onun görüşlərini təşkil etməliyəm. Uşaqları uğurlara bir-birilərindən güclü stimullaşdıran qüvvə ola bilməz. 
Uğurlar Emili! Səndən yeni nailiyyətlər gözləyirik!
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top