3 ölkə Ukraynaya F-16 almaq üçün koalisiya yaratdı

CƏMİYYƏT 17.05.2023 2316

Böyük Britaniya, Fransa və Hollandiya Ukraynaya F-16 hərbi təyyarələri almaq üçün "qırıcı koalisiya" yaradıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak və Hollandiyanın baş naziri Mark Rutte beynəlxalq koalisiyanın yaradıldığını elan ediblər.

"Ukraynanı hava döyüş qabiliyyəti ilə təmin etmək, pilotların təlimindən tutmuş F-16 qırıcılarının alınmasına qədər hər sahədə dəstək vermək üçün beynəlxalq koalisiya yaratmaq üçün işləmək barədə razılığa gəlinib", - Sunak və Rutte bildiriblər. 

Razılıq Avropa Şurasının İslandiyada keçirilən sammitində əldə olunub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top