Türkiyə Respublikasının Seçki Komissiyasının sədri Ramazan Seçkinlə görüşdük-JALƏ ƏLİYEVA

SİYASƏT 12.05.2023 2460

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Jalə Əliyeva müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Türk Dövlətləri Təşkilatının beynəlxalq müşahidəçilər missiyasının üzvləri olaraq 14 may tarixində Türkiyədə keçiriləcək Prezident və Parlament seçkilərini izləmək üçün gəldiyimiz İstanbul şəhərində bu gün silsilə görüşlər keçirdik. Millətvəkili həmkarlarımızla birlikdə Türkiyə Xarici İşlər Nazirliyinin İstanbuldakı nümayəndəsi, Səfir Ayşe Sözen Usluer, İstanbul Valisi Ali Yerlikaya, Seçki Komissiyasının sədri Ramazan Seçkinlə görüşdük. Görüşlərdə seçkiyə hazırlıq prosesi ilə tanış olduq, seçici sayı, dairələr və məntəqələr haqqında ətraflı məlumat aldıq. Seçkilərin qardaş Türkiyə xalqı və dövləti üçün uğurlu, xeyirli olması arzularımızı ifadə etdik.









XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top