Azərbaycan cüdoçuları Avropa kubokunda birinci oldu

Sadə xəbər
idman 08.05.2023 3005

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

"Saat24.az" xəbər verir ki, 6-7 may tarixlərində  Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.

Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.

İkinci günün medalçılarını təqdim edirik:

Oğlanlar

-81 kq
Hüseyn Eyvazlı bürünc medal 

-90 kq
Tuncay Şamil bürünc medal 

+90 kq
Ramazan Əhmədov qızıl medal 
Rəsul Şəmədli bürünc medal 
Eldar Əliyev bürünc medal

XƏBƏR LENTİ
05.05.2025 2967

DİGƏR XƏBƏRLƏR

Loading
Top