Qadın güləşçilərimiz Türkiyədə 10 medal qazandı

idman 04.05.2023 1912

Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri başa çatıb.

"Saat24.az" xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda sərbəst və qadın güləşçilər təmsil ediblər.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığma 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub.

Qadın güləşçilər isə 1 dəst medala sahib çıxıblar. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb.

Qeyd edək ki, "Çempionlar" turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top