Azad edilən ərazilərdə daha 562 mina aşkarlanıb

CƏMİYYƏT 02.05.2023 1263

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat yayıb.

ANAMA-dan Saat24.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top