Kartof qızartması depressiyaya səbəb ola bilər

CƏMİYYƏT 27.04.2023 1177

Qızardılmış qidalar psixi sağlamlıq üçün zərərlidir.

"Saat24.az" xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırmaya görə, 11 il ərzində qızardılmış qida qəbul edən 140 mindən çox insanda yemək istehlakı ilə narahatlıq pozğunluğu və depressiya arasında əlaqə olduğunu ortaya çıxarıb.

Böyük Britaniyada 500 min insanın sağlamlıq məlumatlarını ehtiva edən UK Biobank-dan əldə edilən məlumatlar Çinin Hangzhou şəhərində bir qrup elm adamı tərəfindən təhlil edilib.

Araşdırmalar göstərib ki, kartof qızartması yemək narahatlıq pozğunluğu riskini 12 faiz, depressiya riskini isə 7 faiz artırır.

Tədqiqatçılar əldə edilən nəticələrin qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə bağlı ola biləcəyi tezisini irəli sürüblər. 

Bununla belə, tədqiqatçılar tədqiqatın nəticələrinin ilkin olduğunu və kartof qızartması yeməyi dayandırmaq üçün məsləhət verməyə ehtiyac olmadığını vurğulayıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top