Bakı metrosunda sərnişin öldü

Sadə xəbər
CƏMİYYƏT 19.04.2023 1478

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Bu barədə "Saat24.az"a “Bakı Metropoliteni”ndən bildirilib.

Məlumata görə, "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.

Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top