Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zərdab rayon şöbəsi tərəfindən "Fəxri Fərman" ilə təltif olunub. Təltif deputata AVMVİB-nin Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov tərəfindən təqdim edilib.
Qeyd edək ki, Millət vəkili şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya, onların problemlərinin həlli istiqamətində atdığı addımlara görə sözügedən təltifə layiq görülüb.