"Azərbaycan bu təşkilata üzv olmaq üçün müraciət edib" - Çavuşoğlu

SİYASƏT 14.04.2023 1786

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir.

 "Saat24.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "HaberTürk" kanalına müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq təşkilata üzv olmaq üçün müraciət edib.

8 müsəlman dövlətindən ibarət D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə qurulub. Təşkilatın üzvləri Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top