Maaşlarımızın bir hissəsini YAŞAT Fonduna köçürək - Deputatdan təklif

CƏMİYYƏT 11.04.2023 1707

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əmək haqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib.

"Saat24.az" xəbər verir ki, deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.

"Bu dəstəyi gözləyən şəhid ailələri, qazilərimiz var. Çətinlikləri olan ailələr YAŞAT Fondunda müraciət etdikdə dəstək ala bilsinlər", - deyə komitə sədri bildirib.

Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top