Elnur Allahverdiyev “Yaşıl enerji” konsepsiyasının səmərəsindən DANIŞDI

SİYASƏT 07.04.2023 1712

“Həm "yaşıl enerji" sahəsindəki potensialımızı, həm görülən işləri, həm də hökumətin bu istiqaməti ciddi təşfiq etməsini nəzərə alaraq, ekoloji cəhətdən təmiz enerji istehsalına özəl şirkətləri cəlb etmək məncə milli biznesə dəstək baxımından ciddi addım olar. Mən hökumətin hesabatında bu məqama toxundum: bu, həm özəl biznesin qazancı, həm də elektrik enerjisinin qiymətinin düşməsi üçün əlverişli yoldur. Ancaq "yaşıl enerji"ni özəl şirkətlər istehsal etsələr də, onun məhz dövlət tərəfindən əhaliyə və müəssisələrə satılması yaxşı olar”.

Saat24.Az xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı millət vəkili Elnur Allahverdiyev deyib.
E.Allahverdiyevin sözlərinə görə, bir sıra dövlətlərin acı təcürbəsi göstərir ki, neft, qaz, enerji dövlətin nəzarətində olmalıdır: “Ermənistanda qaz, elektrik enerjisi, dəmiryolu xəttləri başqa dövlətin nəzarətindədir”.
Millət vəkili hesab edir ki, sözügedən sferaları özəl şirkətlərə satmaq və ya vermək olmaz. Çünki dövlət bu sahələrə ciddi sərmaye qoyub. “Vətən müharibəsinin gedişində və sonra bizim hərbi texnikamızın ardınca “Azərenerji”, “Azərişıq” gedib. Ancaq özəl sektor bərpa olunan enerjinin istehsalı ilə məşğul ola bilər. Dövlət bu sahədə özəl sektora dəstək də dura bilər. O şərtlə ki, istehsal etdiyi məhsulu dövlətə satacaq. Dövlət isə istehlakçıya” – deyə deputat vurğulayıb.
E.Allahverdiyev hesab edir ki, bərpa olunan enerji istehsalı sahəsində Azərbaycanın ciddi perspektivləri var: “Son 10 ildə dünyada alternativ enerji istehsalında iki dəfədən çox artım müşahidə edilib. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir. Azərbaycanda il ərzində 2500-3200 saat günəşli gün qeydə alınır. Bu göstərici günəş enerjisinin istehsalı üçün olduqca əlverişlidir. Günəş enerjisi üzrə layihələri bütün ölkə ərazisində həyata keçirmək mümkündür. Küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayətdir. Bakıda küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur. Paytaxt ətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Cənab Prezident alman şirkətləri ilə görüşdə bildirdi, potensial 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır. Bu, həm qazanc deməkdir, həm də istehsal sahələrinin getdikcə enerji daşıyıcıları olan xammaldan imtinası, ekoloji cəhətdən təmiz mənbələrə keçidi və bütövlükdə, karbohidrogen ehtiyatlarının özünün tükənməsi baxımından olduqca vacibdir. “Yaşıl enerji” konsepsiyasının tətbiqi Azərbaycana imkan verəcək ki, çox böyük ölçüdə maliyyəni qənaət etsin”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top