
Yazıçılar Birliyinin üzvü Salatın Əhmədova həyat yoldaşı Tağı Əhmədovun vəziyyətindən danışıb.
O, "Saat24.az"a açıqlamasında bunları deyib:
"Tağının vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirmişik. Müalicə götürür. Günümüzün bəlasıdır da, nə bilim...
Hələ ki, əməliyyat olmayıb, ancaq müalicə olunur. Həkimlər deyir ki, inşallah yaxşı olar. Allah cavanlara can sağlığı versin", - deyə S.Əhmədova bildirib.