Bazar gününə olan hava PROQNOZU

CƏMİYYƏT 18.02.2023 2981

Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Saat24.az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top