Region gəncləri üçün “Karyera Qış Məktəbi” təşkil olunub-FOTO

CƏMİYYƏT 14.02.2023 1281
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” adlı layihəsini həyata keçirir. Layihə çərçivəsində 17 nəfər Zərdab və Ucar gənclərinin iştirakı ilə Göyçay şəhərində Karyera Qış Məktəbi təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Heydər Əliyev irsinin təbliğ olunması ilə əlaqədar abidəsinin önünə güllər qoyulmuş və əziz xatirəsi yad edilmişdir. Həmçinin Göyçay şəhər Heydər Əliyev Mərkəzi ziyarət olunmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 3 günlük Məktəbdə iştirak edən gənclər Əzizağa Atakişiyevin təqdimatında “Karyera nədir? Necə uğurlu karyera qurmaq olar?”, Göyçay GİKM direktoru Coşqun İsmayılovun təqdimatında “Peşəkar CV hazırlama qaydaları”, “Müsahibə”, “Şəxsi brendinq və işaxtarma texnikaları”, “Peşəkar imeyl yazma qaydaları”, “Gələcək” İntellektual İnkişafa Yardım İB sədri Kazım Məmmədovun təqdimatında “Komanda işi”, “TutorLab” tətbiqinin təsisiçisi Azad Manaflının təqdimatında “Startap nədir?, Necə İdarə olunur?” mövzularında təlimlərə cəlb olunmuşlar. Məktəbin bağlanış mərasimində Azərbaycan Gənclər Fondunun əməkdaşı Zaur Osmanov iştirak etmiş və təşkilata və gənclərə uğurlar arzulamışdır. Həmçinin Məktəb iştirakçılarının AzNar şirkətinə infotur sessiyası təşkil olunmuş və gənclər oradakı iş strukturu ilə tanış olmuşlar Məktəb region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək oldu. Region gənclərinin inkişafı üçün gördüyümüz belə effektiv işlərin ərsəyə gəlməsində Məktəb iştirakçıları layihənin dəstəkçisi Azərbaycan Gənclər Fonduna və aidiyyatı qurumlara təşəkkürlərini bildiriblər.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
 










XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top