UNEC-də 2023-cü il "Heydər Əliyev ili"nə həsr edilmiş "Oxu mədəniyyəti" tədbiri keçirildi-FOTO

SİYASƏT 08.02.2023 1779

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Etibar Əliyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:



Tədbirin iştirakçısı kimi oxu mədəniyyətinin yüksək səviyyədə təşviqinin şahidi oldum. Universitet kitabxanalarının zəngin olması həm də Beynəlxalq reytinqlərin tələbidir. Bu anlamda UNEC-də yaradılmış kitabxanalar özəlliyi ilə seçilirlər. Ölkədə faydalı olan bütün təşəbbüslər yüksək dəyərləndirilməli və yayılmalıdır. UNEC-də təşkil olunmuş bu faydalı tədbirdə iştirak edən nüfuzlu şəxslər ölkədə kitab çapı, gənclər arasında mütaliənin genişləndirilməsinin yolları, tərcümənin vəziyyəti, dərsliklərdəki problemlər barədə maraqlı fikirlərini bölüşdülər. UNEC rektoru professor Ədalət Muradovun təqdimatı xüsusilə diqqətimizi cəlb etdi. Rektor tələbə və müəllimlərin mütaliəsi üçün kitab fondunun zənginliyindən və kitabxanlarda yaradılan yüksək şəraitdən, kitabxanadan istifadə edən gənclərin sayının ilbəil artmasından danışdı. Yazıçılar Seyran Səxavət, Rəşad Məcid, Aqşin Yenisey, akademik Nizami Cəfərov, tanınmış naşir Şahbaz Xuduoğlu, millət vəkili Fazil Mustafa, professor Şahlar Əsgərovun maraqlı fikirləri UNEC-in bioqrafiyasına yazılası maraqlı nitqlər kimi dəyərləndirilməldir. Gəldiyimiz qənaət bu oldu ki, Oxu mədəniyyəti ilə bağlı silsilə tədbirlərin keçirilməsi vətənpərvər, bilikli, mədəni gəncliyin yetişməsində motivasiya yaradacaq.
Çıxışımda da qeyd etdim ki, UNEC ənənəsi üzrə yenə də bir ilkə imza atdı. Kitabın dəyəri mütləq onu oxuyan və qoruyan insanlardan asılıdır. Tədbirdə səslənən dəyərli fikirlərin maraqlı və cəlbedici olmasının bircə səbəbi vardı. Kitabdan danışırdıq...Özü də səmimi olaraq...





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top