KTM bayram günlərində zəhərlənmə şübhəsi ilə müraciət edənlərin sayını açıqladı

GÜNDƏM 06.01.2023 1425

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-sı kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən yeddisi dərmandan, üçü sirkə turşusundan, dördü etanol spirtindən, dördü dəm qazından, o cümlədən ikisi allergiyadan zəhərlənib, birində isə botulizm aşkarlanıb.

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən biri ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin (dördünün vəziyyəti ağır qiymətləndirilir) müalicəsinə davam edilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top