Bakı metrosundakı nasazlığın səbəbi AÇIQLANDI - YENİLƏNİB

GÜNDƏM 29.12.2022 1665

Metronun Xətai-Cəfər Cabbarlı xəttində qatarda yaranan texniki nasazlığın səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən stansiyada maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb:

“Bu halda Metropoliten qaydalarına əsasən maşinist dərhal qatarı saxlayıb. Texniki baxış təyin edilib. Hər hansı problem qeydə alınmasa da, qaydalara görə qatara yenidən və ətraflı baxış keçirilməlidir. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə tuneldə saxlamaq məcburiyyətində qalıb və əlavə texniki baxış üçün təyin edilən xüsusi zonaya çevrilib. Metropolitenin Xətai-Cəfər Cabbarlı xəttində qatarlar məkik hərəkət etdiyindən onların hərəkəti ilə bağlı problem olmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Sərnişinlərdən xahiş edirik ki, metrodan istifadə edərkən qaydalara düzgün riayət etsinlər”.

10:18

Bakı metrosunda qatarların hərəkətindən texniki nasazlıq olub.

Bu barədə Oxu.Az-ın redaksiyasına sərnişinlər tərəfindən məlumat daxil olub. 

Sərnişinlər iddia edirlər ki, problem metronun “Şah İsmayıl Xətai” stansiyasında qeydə alınıb və metropoliten əməkdaşları tərəfindən sərnişinlər düşürülüb.

Qatarın nasazlıq səbəbindən depoya getdiyi deyilir. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, problemin səbəbi araşdırılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top