
“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli danışıqlar keçirməyə nail olduq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.
V.Putin bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir:
“Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.
Mənbə: TASS