Bakıda oğurluğa görə tutulan şəxsin başqa cinayətləri üzə çıxdı

GÜNDƏM 27.12.2022 1309

Bakıda uşaq bağçasından və çay evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Saat24.Az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini Elgün Hüseynov saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və pulqabısını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, VAZ-2104 markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top