Rövşən Nizamov: “Məqsədimiz işin keyfiyyətinin maksimum dərəcədə yüksək olmasıdır” - FOTO

CƏMİYYƏT 27.12.2022 1666

“Sertifikatlaşdırma məsələsində bizim əsas məqsədimiz fəaliyyətimizdə keyfiyyətin yüksək dərəcədə olmasını göstərmək idi. “Global Management” idarəetmə üzərində qurulub və uğurlu yol düzgün idarəetmədən keçir”. 

Saa.t24.Az xəbər verir ki, bu fikirləri “Global Management” MMC-nin idarə heyətinin sədri Rövşən Nizamov “Global Media Group” MMC-yə IMS sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, biz düzgün siyasətlə qarşıya qoyulan bütün məqsədlərə çata bilərik:

“Portfelimizdə 35-ə yaxın yerli və xarici şirkətlər var. Əsas məqsədimiz müştəri məmnuniyyəti və görülən işin keyfiyyətinin maksimum dərəcədə yüksək olmasıdır. Dəyərli işçilərimizin vasitəsilə biz buna nail oluruq. Qarşıya qoyulan məqsəd və onun uğrunda görülən işləri rəhbərlik təyin edir. Rəhbərliyin göstərdiyi səy nəticəsində bu gün uğurlu nəticələr əldə etmişik. Buna görə “Global Media Group” rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bizim dəyərli işçi heyətimizə də fəaliyyət sahəsində daha da uğurlar arzulayıram. Gələcəkdə daha başqa sertifikatların da əldə edilməsi üçün komanda şəklində əzmlə çalışacağıq”.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top