Sumqayıtda şirkət evləri sökür, sakinlər isə çıxmaqdan imtina edirlər - VİDEO

GÜNDƏM 27.12.2022 1306

Sumqayıtın 20 Yanvar küçəsi, 16-cı məhəllə ev 9/28 ünvanında yaşayan beş ailə ərazidə tikinti işləri aparan şirkətlə razılığa gələ bilmir.

Bununla bağlı APA TV süjet hazırlayıb.

Şirkət sözügedən ünvanda inşa ediləcək binadan mənzil və ya kompensasiya təklif etsə də, şərtlər sakinləri qane etmir.

Sakinlər deyirlər ki, “Ayta LTD” şirkəti onlarla yekun razılığa gəlməsə də, aldığı digər mənzillərin içərisində söküntü işləri aparır.

Şirkətdən isə şifahi olaraq bildirilib ki, yaşayış üçün yararsız evlər qanuni şəkildə sökülür. Qeyd olunub ki, “Ayta LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin istismar müddəti başa çatan, qəzalı vəziyyətdə - yaşayış üçün təhlükəli olan binaların sökülməsinə rəsmi qurumlardan icazəsi var və bütün işlər pilot layihə çərçivəsində aparılır. Vurğulanıb ki, sözügedən binada 7 sakinlə razılaşma olsa da, orada yaşayan 5 ailə ilə razılığa gələ bilməyiblər.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev isə bildirib ki, kompensasiya ödənilərkən vurulan zərər və bazar qiymətləri nəzərə alınmalıdır.

Hüquqşünas onu da qeyd edib ki, hazırkı vəziyyətdə sakinlərin qaneedici məbləğdə kompensasiya ala bilmək üçün məhkəməyə müraciət etmək hüququ var.

Daha ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top