“Azəristiliktəchizat”: “Cari ildə istiliklə təmin oluna bilməyən mənzillərdən 668 müraciət daxil olub”

CƏMİYYƏT 26.12.2022 1345

“Azəristiliktəchizat” ASC istilik təchizatında yaratdığı funksional dəyərlərə sosial dəstək istiqamətində müxtəlif xarakterli layihələr icra etməklə korporativ sosial məsuliyyət (KSM) fəaliyyətini həyata keçirilməkdədir. Şirkət KSM fəaliyyəti üçün öz daxili resurslarından istifadə edir və bunun üçün heç bir əlavə büdcə dəstəyi almır.

Bu tədbirlər çərçivəsində çoxmənzilli yaşayış binalarında və həmin binalardakı mənzillərdə istilik sistemlərinin təmiri istiqamətində müvafiq addımlar atılır.

Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası balans saxlayıcıları və ya mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətləri şöbəsinə cari il ərzində mənzildaxili problemlər səbəbindən istiliklə təmin oluna bilməyən mənzillərdən 668 müraciət daxil olub. Şirkət bu problemlərin aradan qaldırılması üçün öz resursları hesabına ödənişsiz əsaslarla tədbirləri həyata keçirib. Bu işlərin maddi dəyəri kifayət qədər yüksəkdir.

Hazırda əsas problem və çətinliklərdən biri paytaxt ərazisində yerləşən bir sıra yaşayış binalarının zirzəmisində qrunt sularının yığılması, bir çox hallarda isə çirkab sularının dolması ilə bağlıdır. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları bütün çətinliklərə baxmayaraq, xüsusi geyim və vasitələrdən istifadə etməklə binaların zirzəmisində siyirtmələrin, ventillərin və boruların təmir-bərpa işlərini apararaq binanın istilik təchizatının bərpası üçün ən zəruri tədbirlərin görülməsini təmin edirlər.

Zirzəmidə  hər hansı problem aşkarlanmadığı təqdirdə girişdəki bütün mənzillərə texniki baxış keçirilərək texnoloji ardıcılıq pozulmuş və ya mənzildaxili istilik sistemlərində qüsurlar olan mənzillər aşkar edilərək bu barədə sakinlərə müvafiq maarifləndirici məsləhətlər verilir.

Reallaşdırılan sosial məsuliyyət tədbirlərinin əsas məqsədi şirkətin xidmət zonasına daxil olan binalarda məskunlaşan abonentlərimizin keyfiyyətli istilik və isti su xidmətləri ilə təchiz edilməsi, həmçinin rahat yaşayış şəraitinin və rifahlarının təmin edilməsi ilə bağlı vəzifə öhdəliklərinin layiqincə yerinə yetirilməsindən ibarətdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top