Lənkəranda dönərxanada nöqsanlar aşkarlandı - FOTO

GÜNDƏM 23.12.2022 1542

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəranda fəaliyyət göstərən dönər istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb.

Saat24.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Agentlik əməkdaşları Lənkəran şəhər sakini, fiziki şəxs Məmmədov Orxan Xidmət oğluna məxsus həyətyanı sahədə fəaliyyət göstərən dönər istehsalı müəssisəsində plandankənar yoxlama aparıb. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Belə ki, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin təşkil edilmədiyi, qida məhsullarının emalı sahəsində səthlərin, xüsusilə də qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, xammalların və inqrediyentlərin xarab olma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top