Fərid Qayıbov: “Regionlarda bəzi gənclərin evində kompüter yoxdur”

CƏMİYYƏT 21.12.2022 1208

“Gənclərin bir çox çətinlikləri var, biz onları araşdırırıq, çalışırıq ki, həll edək. Əsas problem dünyanın hər yerində olduğu kimi işsizlik problemidir”. 

Saat24.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.



O bildirib ki, bu istiqamətdə Gənclər və İdman Nazirliyi bir sıra layihələr həyata keçirir:

“Buradan Dövlət Məşğulluq Agentliyinə təşəkkür edirəm ki, cari il ərzində birlikdə bir sıra layihələr həyata keçirdik. Hətta beynəlxalq qurumlarla da layihələrimiz həyata keçirilib. Gənclər evlərimiz var ki, orada da bir sıra tədbirlər həyata keçirilib. Xüsusilə vurğulamaq istədiyim “Yerli layihə”sidir. Bu layihə çərçivəsində biz regionlara tez-tez səfərlər edirdik. Regionlardakı imkanlar paytaxtdakı imkanlarla bir deyil”.

Nazir qeyd edib ki, bir sıra yeni peşələr yaranıb:

“Xüsusilə də İT sahəsində. Təəssüf ki, region gənclərinin bu istiqamətdə imkanları məhduddur. Bəzi gənclərin evində kompüterlər yoxdur. Biz onlara qısa müddət ərzində şərait yaratmağa və “Yerli layihəsi” çərçivəsində İT, qrafik dizayn kursları keçməyə çalışdıq. Bu, davamlı olacaq.

Biz artıq 3 aydan sonra “Yerli layihəsi” nəticəsində 240 nəfərdən artıq gənclə görüşmüşük. Nəticədə bəlli oldu ki, aparılan işlərin nəticəsində onlardan bir çoxu regionlarda iş tapa bilib. Onlar heç bir yerə getmədən internet üzərindən sosial media menecmenti sahəsi üzrə iş qurub pul qazana biliblər. Bizim belə layihələrimiz çoxdur, gələcəkdə də bu cür layihələr üzərində çalışacağıq. Hazırda yeni layihələrin hazırlanması üçün müəyyən araşdırmalar davam edir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top