Rusiyada MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

SİYASƏT 20.12.2022 1818

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev xəbər verib.

O, qarşıdan gələn görüşü vacib adlandırıb.

“Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə Lebedev Minskdə bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.

Mənbə: “Ria Novosti” “Telegram” kanalı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top